19 avqust 2011 00:01
“Biz liderləri önə buraxmaq istəmirik”
"İnter”in yarımmüdafiəçisi Şəhriyar Rəhimov Premyer Liqanın 3-cü turunun “Bakı” ilə oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, paytaxt klubunun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Oyun çətin olacaq. Axı “Bakı” ilə matç paytaxt derbisidi. Bu komanda yüksək yerlər uğrunda mübarizədə bizim birbaşa rəqibimizdi. Son turda biz “Qarabağa məğlub olduq. Bu, bizi “Bakı” ilə oyunda meydana yalnız qələbə üçün çıxmağa vadar edir. Belə ki, biz liderləri önə buraxmaq istəmirik. Mövsümlərarası dövrdə “Bakı” kifayət qədər tanınmış təcrübəli futbolçularla gücləndi, lakin bizi rəqiblərin adı qorxutmur. Komandamızda çox şeyi haqq edən gənc, qabiliyyətli futbolçular cəmləşib”.
