18 avqust 2011 11:26
Mirhüseyn Seyidov: Neftçi yeni taktika ilə oynamağa başlayıb
“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov azerisport.az saytına müsahibəsində komandasının hazırkı durumundan və çıxışından danışıb.
- “Rəvan”ı məğlub etsəz də, “Neftçi” heç də özünün ən yaxşı futbolunu sərgiləmədi...
- İlk oyunlar həmişə çətin alınır. Belə istidə oynamaq ikiqat çətindi. Fikrimcə, yaxşı oynadıq və layiqli qələbə qazandıq. Amma bizim daha yaxşı oyunlarımız hələ qarşıdadı. Siz əsl “Neftçi”ni növbəti turlarda görəcəksiz. İlk oyunlarda problemlər hamıda olur.
- Bəlkə “Rəvan” gözlədiyinizdən daha yaxşı oynadı?
- “Rəvan” yeni komandadı. Özünü ilk mövsümdəcə göstərmək istəyir. Onlar əla oynadılar ki, bu da başadüşüləndi. Axı “Neftçi”yə qarşı hər bir komanda xüsusi köklənir. Lakin biz layiqli oyun sərgilədik. Hər halda məğlub olsalar da, “Rəvan” sözünü deyəcək.
- “Neftçi”də oyun planında nə dəyişib?
- Biz yeni taktika ilə oynamağa başlayıb. Əvvəllər daha çox müdafiədən oynayırdıq. İndi isə daha çox hücum edirik. Bu, məni sevindirir. Axı mən də hücuma dəstək verən futbolçulardanam. Belə taktika ilə oyunumuz da baxımlı alınır. Hər halda azarkeşlər də həmişə bizdən bunu tələb edirlər. Əgər uduzsaq da belə, hücum etməyimiz vacibdi. Azarkeşlərimiz həmişə “Neftçi”nin hücum futbolu oynamasını istəyirlər.

- Arif Əsədovla yeni baş məşqçi Böyükağa Hacıyev arasında nə kimi fərqlər var?
- Hər bir baş məşqçinin öz metodikası var. Biz futbolçular əsgər kimiyik. Əmrləri yerinə yetiririk. Bizim üçün əsas oynamaq və qələbə qazanmaqdı. Bizim nə dərəcədə yaxşı hazırlaşdığımızı isə mövsümün sonu göstərəcək. Hacıyevin gəlişindən sonra komandada intizam daha da güclənib. Əlbəttə, Əsədovun dövründə də bu, güclü idi. Amma mən bir futbolçu kimi bu iki mütəxəssisi müqayisə edə bilmərəm. Bu, düz çıxmaz.

- Qarşıda sizi “Sumqayıt Şəhər”lə oyun gözləyir...
- Bəzilərinin bu komandanı zəif hesab etməsi mənim xoşuma gəlmir. Düzdü, orda futbolçuların əksəri gənclərdi. Hər bir futbolçu özünü göstərmək istəyəcək. Xüsusilə “Neftçi”yə qarşı. Rəqiblərimiz bizimlə oyunlarda maksimum güc qoyurlar. Biz qələbə üçün əlimizdən gələni edəcəyik.
- Demək olar ki, “Neftçi” bu oyunu problemsiz udacaq?
- Xeyr. Bu, rəqibə qarşı hörmətsizlik olardı. Biz sadəcə bu komandalarla oyunlarda səhvlərimizi aradan qaldırmalıyıq. Çünki favoritlər bizə elə səhvləri bağışlamayacaqlar.
- Xeyr. Bu, rəqibə qarşı hörmətsizlik olardı. Biz sadəcə bu komandalarla oyunlarda səhvlərimizi aradan qaldırmalıyıq. Çünki favoritlər bizə elə səhvləri bağışlamayacaqlar.