18 avqust 2011 11:56
Aleksandr Starkov: Bunun nəticəsində uğurlar gələcək
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov komandasının Azərbaycan çempionatının yeni mövsümündəki startı barədə sualları cavablandırıb. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun rəsmi saytına verdiyi müsahibədə komandanın problemlərinə toxunub. Gələcəyə nikbinliklə baxan Aleksandr Starkov işlərin tezliklə qaydasına düşəçəyini, “Bakı” azarkeşlərinin üzlərini güldürəcəklərini bildirib.
"Qəbələdə keçirdiyimiz ilk qarşılaşmada oyunumuz pis alınmadı. Nəticə də qənaətbəxşdi. Çünki səfərdə kifayət qədər güclü rəqibə qarşı oynayırdıq. Oyunçularımız özlərini mübariz tərəfdən göstərdilər.
İkinci oyunumuza gəlincə, qol vura bilmədik. Hücum xəttimizdə yer alan futbolçular yaxşı oyunçulardı. Gürünür, onlar öz aralarında tam əlaqə yarada bilməyiblər. Eyni zamanda da orta sahədə oynayan futbolçularla tam dil tapa bilməyiblər. İki futbolçumuzun zədələnməsi, qeyd edim ki, onlar hər ikisi yarımmüdafiə xəttində yer alır, özünü göstərdi. Elvin Məmmədov və Fabio Luis Ramimin yoxluğu hiss olundu.
Hücumlarımızın kəsəri az idi. Verpakovski bir epizodda qol vursa da, bu, qeydə alınmadı. Ancaq sonradan gördük ki, qol qaydalar çərçivəsində vurulmuşdu və ədalətsiz olaraq ləğv olundu. Digər tərəfdən 11 metrlik cərimə zərbəsindən yararlana bilmədik. Şansımız yarandı, ancaq bu qələbə üçün yetərli olmadı. Futbolçular səy göstərirdilər, bununla bərabər çatişmayan cəhətlər də var idi.
Obyektivlik naminə deyim ki, ilk oyunlar milli komandadan qayıdan futbolçualr üçün xüsusən ağır keçir. Milli komandalara futbolçu verən klublar üçün bu amil çətinlik yaradır. Bizim də bəxtimizə ikinci oyun düşdü.
İkinci hissəni müəyyən anlarında pis oynamadıq. Üstünlük bizim tərəfimizdə idi. Tempi artırmaq tələb olunan anda çətinlik yaranırdı. Biz təzyiq göstərib, "Simurq"un səhvlərə yol verəcəyini gözləyirdik. Belə imkanlar da yaranırdı. Qonaq futbolçular tempi aşağı salmaq üçün əllərindən gələni edirdilər. Bəzi hallarda yerdən qalxmaq istəmirdilər. Bunu da başa düşmək olar, bu taktiki gedişlərdi. Onlar tempi ustaliqla salırdılar. Bəzi epizodlarda temp sıfıra bərabər olurdu. Biz belə hallara hazır olmayıq.
Əhval ruhiyyə, təbii ki, yerində deyil. Bu gün əsas məsələ komandanın üzvləri, məşqçilər, klub rəhbərlərinin birliyidi. Belə çətin anlarda həmrəyliyimizi ifadə etməliyik. Bunun nəticəsində uğurlar gələcək.
Komandamızda yeni oyunçular var. Onların hər biri dəyişik hisslərə malikdirlər. Qələbə və məğlubiyyəti fərqli şəkildə yaşayırlar. Standard vəziyyətlərin icrası, təbii ki, hazırlıq dövründə, məşqlərdə xüsusi yer alır. Əgər oyunda cərimə zərbəsi və ya penalti vurulursa, bunun icraçıları əvvəldən təyin olunur. Bizim komandada 11 metrlik cərimə zərbələrini ən yaxşı vuran 2-3 futbolçu var ki, "Simurq"la oyunda onlardan yalnız biri meydanda idi. Bu səbəbdən də zərbəni İvanov vurdu. Bu, mənim təlimatıma əsasən baş verib. İvanov uğurlu olmadı, futbolda belə şeylər olur. Mənim üçün maraqlısı komandanın münasibəti idi. Olduqca vacib olanı futbolçuların bunu anlamaları və komanda yoldaşlarına dəstək vermələridi. Futbolçu insandı, o, səhvə yol verə bilər.
Bu barədə ötən il də çox yazırdılar, indi də deyilir. Klubların büdcələri fərqli olsa da, oyuna hazırlıq səviyyəsi eyni dərəcədə ciddi aparılır. Bəzən görürsünüz ki, gənclər komandası belə "diş göstərir". Zəif rəqib yoxdu. Bu, açıq-aydın görünür”.
