18 avqust 2011 00:07
Azərbaycan millisi noyabrda yoldaşlıq matçı keçirəcək
Futbol üzrə Azərbaycan yığması noyabrda yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Avropa ölkələrinin yığma komandalarından biri olacaq.
Artıq AFFA rəhbərliyi müxtəlif Avropa ölkələrinin futbol federasiyaları ilə danışıqlar aparırlar. Hələlik, sadəcə bu sınaq matçının səfərdə keçiriləcəyi dəqiqdi. Rəqibin kimliyi isə qarşı tərəflə tam razılaşdırıldıqdan sonra açıqlanacaq.
