18 avqust 2011 00:12
Yunis Hüseynov İran klublarının təklifindən imtina etdi
“Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov İranda çalışmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, bir müddət öncə İranın iki klubundan təklif alan mütəxəssis onların dəvətini qəbul etməyib.
Hətta saytımıza verdiyi açıqlamada həmin təkliflərin kifayət qədər cəlbedici olduğunu da iddia edən Hüseynov ikinci divizionda çıxış edən klubların sükanı arxasına keçməyə razı olmayıb. Hüseynov iranlılarla danışıqlar zamanı bəzi anlaşılmazlıqlar yarandığından, onların təklifini rədd etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, bu yay Şahin Diniyev də İran klubuna keçməyə yaxın olmasına rəğmən, son anda keçid baş tutmamışdı.
