19 avqust 2011 13:01

Kəpəz – Qarabağ duellərində 9 illik sindrom

“Qarabağ” bazar günü Premyer Liqanın 3-cü turunda “Kəpəz”lə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, tarixini 1992-ci ildən götürən bu rəqabətdə 38-ci duel baş tutacaq (4 oyun kubokda).
 
0:0 hesabıyla bitən ilk oyundan etibarən tərəflər 2006-ci ilə qədər çempionatlarda fasiləsiz 31 dəfə qarşılaşıblar (reqlamentlə əlaqədar olaraq 1993-cü ildə keçirilən 2-ci çempionatda tərəflər qarşılaşmayıblar). Ötən mövsüm elitaya qayıdan Gəncə klubuyla daha 2 oyun baş tutub.
 
İndiyə kimi baş tutan 33 oyunda gəncəlilərin üstünlüyü diqqəti cəlb edir. “Qarabağ”ın 12 qələbəsinin qarşılığında gəncəlilər 14 dəfə sevinən tərəf olub. 7 görüşdə isə komandalar 1 xala razı olublar. Topaların fərqinə gəlincə, ağdamlıların vurduğu 38 qolun qarşılığında gəncəlilər bu rəqini 47 dəfə məyus ediblər.
 
Lakin “Qarabağ” artıq 9 ildi bu rəqibinə məğlub olmur. 2001-2002 mövsümündə alınmış 0:3 hesablı məğlubiyyətdən sonra Ağdam klubu baş tutan 8 qarşılaşmada rəqibinə cəmi 2 dəfə 1 xal almasına imkan verib, 6 oyunu qələbəylə başa vurub.
 
Ötən mövsümdə də “Qarabağ” hər 2 oyunda qələbə qazandı. İlk dövrədə Tofiq Bəhramov adına respublika stadionda baş tutmuş ev oyununda 3:0-lıq qələbə qeydə alındı. Rəşad Sadiqov, Georgi Adamiya və Rauf Əliyev mövsümdəki ilk böyükhesablı qələbəni məhz həmin oyunda rəsmiləşdirmişdi. Bu il  fevralın 20-də Gəncədə baş tutmuş cavab görüşündə isə Adamiyanın vurduğu yeganə qol 3 xal gətirmişdi.
 
“Qarabağ”ın mətbuat xidməti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.