19 avqust 2011 13:46

Petar Zlatinov: Quzanlıdakı yenilgidən sonra buna borcluyuq

“İnter”in yarımmüdafiəçisi Petar Zlatinov azerisport.az saytına müsahibəsində “Qarabağ”a məğlubiyyətdən, eləcə də qarşıdan gələn “Bakı” ilə oyundan danışıb.
 
- Ağdamdakı məğlubiyyət komandaya nə dərəcədə pis təsir göstərib?
- Növbəti oyuna adi qaydada hazırlaşırıq. Heç bir problem yoxdu. Adətən, məğlubiyyətlər növbəti oyuna daha yaxşı hazırlaşmağa kömək edir. 3-cü turda uğurlu çıxış etmək istəyirik. Rəqib “Bakı” olduğundan, bu oyun paytaxt derbisi olacaq. Qələbə qazanmağı çox istəyirik. Bizim üçün çox vacib oyun olacaq.
 
- Quzanlıda məğlubiyyətə nə səbəb oldu?
- Bizə həmin oyunda sadəcə qol çatmadı. Oyun bərabər mübarizə şəraitində keçdi. Tərəflərdən hansınısa aşkar üstünlüyünün olduğunu demək düzgün çıxmaz. Sadəcə biz rəqibdən fərqli olaraq qol vura bilmədik. Elə meydançada ancaq 1 qol vurmaq olardı ki, onu da “Qarabağ” bacardı. Ümumiyyətlə, elə qazonda futbol oynamaq mümkünsüzdü. Hamı gördü ki, topla oynamaq çox çətin idi. Futbolu elə meydançalarda oynamırlar.
 
- Növbəti turdakı rəqibiniz “Bakı” da iddialı rəqiblərinizdəndi...
- Rəqib haqda danışmaq istəmirəm. Məni ancaq öz komandam maraqlandırır. Özü də “Bakı” çox dəyişilib. Yeni futbolçular gəlib ki, onları da iş başında görməmişəm. Ümid edirəm ki, onlara qarşı daha yaxşı oynayacağıq. Əsas odu ki, “İnter” öz oyununu sərgiləyə bilsin.

- Rəqibin son turdakı “Simurq”la oyununu analiz etmisiz?
- Hələ ki, yox. Onların “Simurq”a qalib gələ bilməməsi o demək deyil ki, bizim işimiz asan olacaq. Aydın məsələdi ki, “Bakı” ilk oyunlardakı xal itkilərindən sonra azarkeşləri, rəhbərlik qarşısında özünü doğrultmağa çalışacaq. Onlar üçün də bizimlə oyun çox vacibdi. Amma biz qələbə qazanmaq istəyirik. Quzanlıdakı yenilgidən sonra buna sadəcə borcluyuq.

- Bu mövsüm avrokuboklarda iştirak edə bilmədiniz. Yeni mövsümlə bağlı hədəfləriniz nədi?
- Təəssüf ki, biz avrokuboklarsız qaldıq. Amma bu, futboldu. Həmişə arzuladığını edə bilmirsən. Biz növbəti mövsümdə bu boşluğu aradan qaldırmaq istəyirik. Bunun üçün isə bizə ən axı mükafatçılar sırasına düşmək lazımdı.
 
- Lakin “İnter” bu mövsüm elə də ciddi transferlər həyata keçirmədi...
- Futbolçular getdilər də, gəldilər də. Bu, bizim həyatımızın bir parçasıdı. Çempionat uzundu. Yeni gələnlərin gedənlərin yerini nə dərəcədə doldurduğunu mövsümün gedişi göstərəcək. Məsələ heç də pulda deyil. Futbol oynamaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.