19 avqust 2011 02:58
Bosniyalı qapıçı Azərbaycan klubunda (FOTO)
Bosniyanın “Sarajevo” klubunun qapıçısı Dino Hamjiç karyerasını Azərbaycanda davam etdirəcək. Azerisport.az xəbər verir ki, bu haqda Bosniya və Herseqovina mətbuatı xəbər yayıb.
Lakin həmin xəbərlərdə Hamjiçin konkret hansı klubumuzla anlaşdığı haqda məlumat verilmir. Hər halda bu xəbər dəqiqdirsə, sözügedən qapıçını tezliklə klublarımızdan birinin iştirak ərizəsində görə bilərik.
Artıq Bosniya klubu Azərbaycana göndərdiyi qapıçıya əvəzləyici də tapıb. Belə ki, “Sarajevo”nun qapısını Hamjiçdən sonra Corce Pantiç qoruyacaq.
