19 avqust 2011 15:00

Neftçinin 20 yetirməsi yığmaya dəvət olundu

"Neftçi"nin 20 yetirməsi avqustun 21-22-dən etibarən Azərbaycanın müxtəlif yığma komandalarına dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, klubun altı yetirməsi bu ayın 22-dən 24-dək Azərbaycanın əsas milli komandasının heyətində təlim-məşq toplanışında iştirak edəcək. “Neftçi” üçün sevindirici hal ondan ibarətdi ki, əsas yığmada oyunçularının sayı artıb. Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov və “ağ-qaralar”ın İngiltərənin "Everton" klubundakı yetirməsi Araz Abdullayevlə yanaşı, Rəşad Abdullayev də milli komandanın düşərgəsində olacaq.
 
"Neftçi"nin 8 yetirməsi isə Azərbaycanın 21 yaşadək yığmasına dəvət alıb. Mirhüseyn Seyidov, Cavid İmamverdiyev, Tərlan Quliyevlə yanaşı, "Sumqayıt Şəhər" klubuna icarəyə verilmiş futbolçular - Eşqin Quliyev, Orxan Həsənov, Kami Nurəhmədov və Emil Balayev, eləcə də Türkiyənin "Erciyesspor" klubunda top qovan Amit Quluzadə U-21-in heyətində Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına çağırılıb. "Neftçi"nin əsas komandasının üzvləri - Seyidov, İmamverdiyev və Quliyev avqustun 28-dən, digərləri isə 22-dən toplanışa qatılacaqlar.
 
"Neftçi"nin daha 6 üzvü – Fəhmin Muradbəyli  Kamran Nəcəfzadə, Elməddin Məmmədov, Pərviz Qaraxanov, Zeynal Zeynalov və Ceyhun Cəfərov isə Azərbaycanın U-16 və U-15 yığmalarına çağırılıblar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.