19 avqust 2011 15:25
Kəpəz Qarabağla oyuna 4 itkiylə çıxacaq
“Kəpəz” Premyer Liqanın 3-cü turunun oyunlarına itkilərlə hazırlaşır. Azerisport.az xəbər verir ki, Gəncə təsmilçisi “Qarabağ”la ev oyununa 4 ciddi itki ilə çıxmalı olacaq.
Belə ki, komandanın əsas qapıçısı Elşən Poladov, müdafiəçi Sidney Karqbo, Azər Məmmədov və Muammer Erdoğdu hazırda zədədən əziyyət çəkir. Onlar “Qarabağ”la oyunda komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, “Kəpəz” – “Qarabağ” görüşü avqustun 21-də, bazar günü keçiriləcək.
