19 avqust 2011 15:54
Samir Abbasov: Millidə oynamağa hazıram
“Sumqayıt Şəhər”in yarımmüdafiəçisi Samir Abbasov Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun onun xidmətindən imtina etməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu, onsuz da nə vaxtsa baş verməliydi. Məni təkcə Facebook sosial şəbəkəsində nə qədər azarkeş tənqid edirdi. Qazaxıstan (1:2) və Makedoniya yığmalarına da (0:1) məğlubiyyətin günahkarı mənəm. Görünür, mən həmin oyunlara düzgün baxmamışam, ona görə yığma belə uduzdu. Berti Foqts məni Belçika ilə seçmə mərhələ oyununa çağırmışdı. Zəng edib bilrdim ki, zədəliyəm və turist kimi Brüsselə getmək istəmirəm. Son iki oyun da göstərdi ki, yığmada məndən güclü futbolçular var. Amma hazırda özümü oyun planında yaxşı hiss edirəm. Hər şeyə rəğmən, dəvət gəlsə, yenidən millidə oynamağa hazıram”.