19 avqust 2011 16:04
XL Barcelonanın yetirməsi ilə müqavilə bağladı
“Xəzər Lənkəran” daha bir transferi rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bir müddətdi Bakıda olan, amma klub rəhbərliyi ilə maliyyə məsələlərində razılaşa bilməyən Mario Rosasın Lənkəran təmsilçisinə keçidi rəsmiləşib.
İspan futbolçu bu gün “Xəzər Lənkəran”la müqavilə bağlayıb. Anlaşmanın müddəti 1+1 nəzərdə tutulub. “Xəzər Lənkəran”ın yaxın saatlarda transferlə bağlı rəsmi açıqlama yayacağı deyilir.
Qeyd edək ki, tam adı Mario Alberto Rosas Montero olan 31 yaşlı yarımmüdafiəçi 1994-1997-ci illərdə “Barcelona”nın aşağı yaş qrupları üzrə komandalarında oynayıb. 1997-2000-ci illərdə Kataloniya klubunun B komandasında 103 oyun keçirib və 31 qola imza atıb. 1998-ci ildə “Barcelona”nın əsas komandasında bir oyuna çıxıb. Sonrakı illərdə o, İspaniyanın “Alaves”, “Numansia”, “Kadiz”, “Girona” və “Castellon” komandalarının şərəfini qoruyub. Monteronun son klubu “Salmanca” olub. O, bu komandada son mövsümdə 19 oyun keçirib.
Montero İspaniyanın U-16, U-17 və U-18 yığmalarında 29 oyun keçirib və 6 qola imza atıb.
