19 avqust 2011 16:45
İnter Gürcüstana gedir
“İnter” Gürcüstanın paytaxtı Tiflisə getməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 3-cü turu çərçivəsində keçiriləcək “İnter” - “Bakı” qarşılaşmasından sonra komanda təlim-məşq toplanışı keçirmək məqsədilə qonşu ölkəyə yollanacaq.
Avqustun 25-dən sentyabrın 4-dək davam edəcək toplanışın gedişində 2 yoxlama oyununun keçirilməsi də nəzərdə tutulur. Rəqiblərin adları və matçların vaxtı hələlik məlum deyil.
