19 avqust 2011 16:51
Qarabağ 4 oyunçusunu Gəncəyə aparmadı
“Qarabağ” Gəncəyə yollanıb. Azerisport.az xəbər verir ki, bazar günü “Kəpəz”lə qarşılaşacaq komanda bu gün 15:00-da Azərbaycanın 2-ci şəhərinə yollanıb.
Səhər Suraxanı qəsəbə stadionunda məşq edən komanda günorta yeməyindən sonra səfərə çıxıb.
“Qarabağ” səfərə itkilərlə yollanıb. Zədəli olan Vüqar Nadirov, Zaur Həşimov, Maksim Medvedev və Rəşad Sadiqov Gəncəyə aparılmayıb. Həftəiçi zədədən əziyyət çəkən Emin İmaməliyev və Nderim Nedzipi isə komandanın düşərgəsindədi. Eləcə də son oyunu buraxan Əfran İsmayılov da komandayla birlikdədi.
“Qarabağ” bu gün Gəncədə “Ramada” otelində məskunlaşacaq. Sabah saat 19:00-da komanda oyunun keçiriləcəyi stadionda 1 saatlıq məşq keçəcək. “Kəpəz” – “Qarabağ” oyunu avqusutun 21-də, saat 17:00-da start götürəcək.
