19 avqust 2011 17:12
Premyer Liqamızın debütantından daha bir yenilik
Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı "Sumqayıt Şəhər" klubu daha bir yeniliyə imza atıb. Azerisport.az xəbər verir ki, Sumqayıt təmsilçisinin rəsmi internet səhifəsi istifadəyə verilib.
3 dildə fəaliyyət göstərəcək saytda klub haqqında ətraflı məlumat yer alıb. "Sumqayıt Şəhər" klubunun rəsmi internet səhifəsi ilə daha ətraflı tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: www.sumqayitpfc.az
