19 avqust 2011 17:30
“Xəzər Lənkərana gəlməklə düzgün addım atmışam”
"Xəzər Lənkəran”ın yeni hücumçusu Deyan Rusiç azerisport.az saytının suallarını cavablandırıb:
- AZAL üzərində qazanılan 3:0 hesablı qələbə ilə əlamətdar olan debütünüzü necə dəyərləndirərdiz?
- Uşaqlar meydanda bir-birini çox gözəl başa düşürdülər. Bəzi futbolçular komandaya yenicə qoşulsalar da, anlaşma baxımından heç bir problem yaranmırdı. Bu oyunda rəqibdən daha yaxşı oynadıq və layiqli də qələbə qazandıq. Şadam ki, Azərbaycandakı ilk oyunum belə qələbə ilə başa çatdı. Azarkeşlər də məni çox sevindirdilər. Səfərdə oynasaq da, sanki ev oyununa çıxmışdıq.

- Necə oldu ki, XL-a transferiniz baş tutdu?
- Mən hələ yanvar ayında Türkiyədə keçirilən təlim-məşq toplanışında bu komandada baxışda olmuşdum. O vaxt Mirça Rednik məni komandada saxlamaq istəsə də, Səudiyyə Ərəbistanı klubu ilə müqaviləmin başa çatmaması keçidi əngəllədi. Bu yay isə menecerim Rednikin keçidimdə israrlı olduğunu dedi. Buna görə də Azərbaycana gəlməyə qərar verdim.

- Lənkəran klubu ilə bağlı nə bilginiz var?
- Bilirəm ki, son mövsümdə bu komanda Azərbaycan kubokunu qazanıb. Həmişə yüksək hədəflər üçün vuruşan komandadı. İlk mövsümümü uğurlu başa vurmağı çox istərdim. Məsələn, Azərbaycan çempionu olmaq. Amma mövsüm hələ yenicə başlayıb. Odu ki, indidən sonda nə olacağını müzakirə etmək düz çıxmazdı. Biz sadəcə hər oyunda qələbə qazanmalıyıq. Mövsümün əvvəli həmişə çətin olur, amma sonluq daha çətin alınır.

- Azərbaycana gəlişinizi geriyə addım hesab etmirsiz?
- Xeyr. Bu klub mənim xoşuma gəlir. Bu komanda ilə titul qazanmaq istəyirəm. Futbolçular üçün əsas öz oyununu sərgiləməkdi. Hər bir futbolçu ona harda yaxşı olduğunu gözəl bilir. Mən də “Xəzər Lənkəran”a gəlməklə düzgün addım atmışam. Əminəm ki, məndə burda hər şey alınacaq.

- Azərbaycan futbolu haqda nə isə bilirsiz?
- Bilirəm ki, çempionatda çoxlu legionerlər top qovur. Burda futbola böyük pullar qoyulmaqdadı. Hazırda futbolun səviyyəsi qalxmaqdadı. Bunu mənə bütün dostlarım deyir. Məsələn, Uinston Parks. Onu çoxdan tanıyıram. Biz onunla “Timisoara”da birgə oynamışıq.
- Maraqlıdı, Parks XL haqda nə deyirdi?
- O, bu komandanı ölkənin ən yaxşılarından adlandırırdı. Lənkərana gəlməyimi məsləhət bildi. O, həmçinin bildirdi ki, XL “Timisoara”dan daha yaxşı komandadı. Buna görə də mən razılaşmalı oldum. Parks özü artıq bir ildi burda oynayır. Hər halda o, nəsə bilir ki, bunu deyir. Onun bu ildən “Bakı”da çıxış etdiyini də bilirəm. Hələlik onu görə bilməsəm də, yəqin ki, çempionatın gedişində görüşərik.
- Parksın “Bakı”ya gedişinin Lənkəranda elə də xoş qarşılanmadığından xəbərdarsız?
- Bundan xəbərim var. Lənkəranlı azarkeşlər öz klublarını çox sevirlər. Onların bu reaksiyası başadüşüləndi. Bildiyimə görə, Parks ötən mövsümü çox yaxşı keçirib. Ona görə də, XL onu buraxmaq istəmirmiş. Amma futbolçu həyatı da belədi. Bu gün burda, sabah başqa yerdəsən.

- Yəqin ki, siz də Parksın ardınca getməyə hazırlaşmırsız...
- Xeyr, əlbətt. Mən “Xəzər Lənkəran”ın futbolçusuyam. Bütün fikirlərim də bu komandaya yönəlib. XL kimi iddialı komanda hər il titul qazanmalıdı. Bu mövsüm də istisna olmamalıdı.