19 avqust 2011 18:01
FİFA milli komandanı dünya çempionatından qovdu
FİFA Suriya millisini 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirakdan məhrum edib. Azerisport.az xəbər verir ki, buna Suriya yığmasının 2005-ci ildə İsveç seçməsində çıxış edən Georgi Muradı öz heyətində oynatması səbəb olub.
Xatırladaq ki, bu futbolçu ötən ay Tacikistan yığması ilə görüşdə meydana çıxmış və komandasının 2:1 hesablı qələbəsi ilə başa çatan matçda qollardan birinə imza atmışdı.
Bunu nəzərə alan FİFA Suriya millisinin son oyununun nəticəsini ləğv edərək, bu komandanın yerinə DÇ-nin seçmə mərhələsində mübarizə aparmaq üçün Tacikistan seçməsini “C” qrupuna daxil edib.
