19 avqust 2011 18:23
Neftçinin hücumçusu ən tezi 1 aydan sonra məşqlərə başlayacaq
Almaniyada əməliyyat olunan "Neftçi"nin futbolçusu Ruslan Qurbanov Bakıya dönüb. Azerisport.az xəbər verir ki, ıməliyyatı müvəffəqqiyyətlə baş tutan hücumçu fikirlərini klubun rəsmi saytına bildirib:
"Almaniyanin Frankfurt şəhərində əməliyyat olundum. Əməliyyat uğurlu alındı. Mənə göstərilən diqqət və qayğıya görə "Neftçi"nin prezidenti Sadıq Sadıqova və AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hazırda özümü yaxşı hiss edirəm. Artıq 2-3 gündən sonra əsasız gəzə biləcəm. Həkimlərin dediyinə görə, 1 aydan sonra məşqlərə başlaya bilərəm. Bu müddətdə isə bərpa keçəcəm" - deyə Qurbanov vurğulayıb.

Xatırladaq ki, Qurbanov 21 yaşadək yığma komandalar arasında keçirilən Estoniya - Azərbaycan yoldaşlıq görüşündə dizindən ciddi zədə almışdı.