19 avqust 2011 19:47
Toni Adams: Qırmızı vərəqə oyun sxemimizi pozdu
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 3-cü turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, ingiltərəli mütəxəssis komandasının doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Artıq 10-cu dəqiqədə komandanın kapitanını itirməsi çox çətindi. Digər oyunçularımıza mübarizəni sona kimi davam etdirdiklərinə görə minnətdarlığımı bildirirəm. Biz oyuna öncədən müəyyənləşdirdiyimiz sxemlə çıxsaq da, azlıqda qaldıqdan sonra bunu dəyişməli olduq. Fikrimcə, maraqlı oyun alındı. AZAL-a qarşı tam heyətlə oynamağımızı istərdim”.