19 avqust 2011 19:58
Elxan Abdullayev: Qələbə qazanmaq şansını qaçırdıq
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 3-cü turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı komandasının səfərdə 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Biz güclü rəqiblə qarşılaşırdıq. Mahir komandasını azlıqda qoydu və biz də bundan yararlandıq. Amma qələbə qazanmaq şansını əldən verdik. Fikrimcə, hesab oyuna görə oldu”.
“Biz güclü rəqiblə qarşılaşırdıq. Mahir komandasını azlıqda qoydu və biz də bundan yararlandıq. Amma qələbə qazanmaq şansını əldən verdik. Fikrimcə, hesab oyuna görə oldu”.
