19 avqust 2011 22:48
Bəhmən Həsənov: Simurq müdafiə futbolu oynadı
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 3-cü turunun “Simurq”la səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı komandasının səfərdə 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Təəssüf ki, oyun heç-heçə başa çatdı. “Simurq” müdafiə futbolu oynadı. Bugünkü oyunda qələbə hədəfləyirdik. Əsas hücumçumuz Con Pelu zədəli olduğundan bu oyunda bizə kömək edə bilmədi. Qazandığımız 1 xal da bizim üçün önəmlidi. Gəncədə ilk turdakı məğlubiyyət komanda üzərində psixoloji gərginlik yaratmışdı. Bu, “Neftçi” ilə oyunda da hiss olunurdu. Hücumda kəsərli deyildik, ona görə də oyunboyu qol vurmağa çətinlik çəkdik, əks-hücumda qol buraxdıq. Komandaya oyuna görə təşəkkürümü bildirirəm”.
