19 avqust 2011 22:50
Sergey Yuran: Komandamız hücumçusuz oynadı
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 3-cü turunun “Rəvan” ilə ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssis komandasının doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşdığı görüşdən sonra bunları dilə gətirib:
“Oyun gərgin mübarizə şəraitində keçdi, təəssüf ki, qələbəni son anda əldən verdik. Komandamız hücumçusuz oynadı, bütün oyunu yarımmüdafiçilərlə oynamaq çətindi. Rəqib komandanın qol imkanları çox deyildi. Bu oyunu analiz edib, növbəti oyunlara hazırlaşacağıq”.
