20 avqust 2011 00:05
1:1 itirilən xallar
Ötən gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü turun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutdu.
Öncə Qəbələdə bu şəhərin eyniadlı komandası AZAL-la münasibətlərinə aydınlıq gətirdi. İlk oyununda Son turda “Qəbələ” səfərdə “Sumqayıt Şəhər”i 2:1 hesabı ilə məğlub etdiyi halda, AZAL doğma meydanda “Xəzər Lənkəran”a 0:3 hesabı ilə məğlub olmuşdu. Bu oyun ərəfəsində “Qəbələ”nin hesabına dörd xal vardı və komanda turnir cədvəlinin ikinci pilləsində qərarlaşmışdı. Bu üzdən də Toni Adamsın komandası “təyyarəçilər”i məğlub etməklə turnir cədvəlində liderliyə yüksəlmək şansına malik idi.
Lakin ilk turda “Bakı” ilə ev oyununda olduğu kimi, “Qəbələ” bu dəfə də qələbəyə həsrət qaldı. Bu görüşün qırılma nöqtəsi isə şübhəsiz ki, elə 12-ci dəqiqədə meydan sahiblərinin kapitanı Mahir Şükürovun idmançıya yaraşmayan hərəkətə görə meydandan qovulması oldu. Hər halda meydandakı intizamsız hərəkətləri ilə tez-tez gündəmə gələn Mahir yeni komandasına da bu baxımdan ilk zərbəsini vurdu. Nəticədə fasiləyə qədər “təyyarəçilər” bu görüşdə hesabı açdılar.
Lakin insaf naminə qeyd etmək lazımdı ki, meydan sahibləri hətta azlıqda qaldıqları dəqiqələrdə də AZAL-dan daha yaxşı təsir bağışlayırdılar. Halbuki, qonaqlar rəqibin 10 nəfərlə qalmasından yararlanıb daha inamlı oynasaydılar, səfərdə qələbə də qazana bilərdilər. Amma dediyimiz kimi, məhz qorxaq oyunun məntiqi nəticəsi kimi, fasilədən sonra “Qəbələ” məğlubiyyətdən qaçdı. Beləcə, Adamsın komandası yenə xal itkisi ilə üzləşdi. Halbuki, azlıqda qalmasaydı, bu komanda güman ki, ilk ev qələbəsini də rəsmiləşdirəcəkdi. Elə AZAL-ın da qazandığını yox, itirdiyini desək, daha düzgün çıxar.
Günün digər oyununda isə “Simurq” “Rəvan”ı qəbul edirdi. Zaqatala klubu Premyer Liqanın autsayderlərindən hesab olunsa da, ötən tur “Bakı” ilə səfər oyununda göstərdiyi əzmkar oyunla tamam başqa təəssürat yaratdı. “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənovun ötən tur “Neftçi” ilə oyundan sonra Zaqatalada uğursuz olacaqları təqdirdə istefa verəcəyini söyləməsi bu oyuna marağı daha da artırırdı.
Gözlənildiyi kimi, turnir cədvəlinin son pillələrində qərarlaşan bu kollektivlərin qarşılaşması çox gərgin alındı. Lakin rəqibinə nisbətən Sergey Yuranın rəhbərlik etdiyi Zaqatala təmsilçisi qələbə üçün daha çox çalışırdı. Bunun məntiqi nəticəsi kimi matçın sonlarına yaxın “Simurq” hesabı açdı. Lakin hər kəs qarşılaşmanın bu hesabla bitəcəyini gözlədiyi vaxtda qonaqlar rusiyalı mütəxəssisin Premyer Liqada ilk qələbəyə sevinməsinə mane oldular. Nəticədə günün hər iki oyunu 1:1 hesabıyla başa çatdı. Bir sözlə, komandalar mövsümün əvvəlində qazanmaqdan çox, itirirlər.
Premyer Liqa
3-cü tur
19 avqust
Qəbələ - AZAL - 1:1 (0:1)
Qollar: Viktor İbekoyi, 43 (0:1), Deon Barton, 50 (1:1).
Vərəqələr: Vurğun Hüseynov, 60 (kobud oyun) - Ruis Kristian, 58 (kobud oyun), Amil Ağacanov, 85 (idmançıya yaraşmayan hərəkət), Zohair Benuahi, 86 (idmançıya yaraşmayan hərəkət) – sarı, Mahir Şükürov, 12 (rəqibi vurmaq) – qırmızı.
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Azər Əsgərov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
19 avqust 2011. Qəbələ. Şəhər stadionu. 1000 tamaşaçı.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 9. Viktor Mendi (16. Abdulkader Kamara, 58), 10. Deon Barton (22. Murad Hüseynov, 90+2), 14. Veselko Trivonoviç, 18. Aleksandr Çertoqanov, 26. Daniel Lopes Kruz, 33. Saşa Yunisoğlu, 77. Dodo.
Ehtiyat oyunçular: 1. Elnar Kərimov, 7. Yaşar Abuzərov, 15. Nodar Məmmədov, 17. Arif İsayev, 19. Rövşən Əmiraslanov.
Baş məşqçi: Toni Adams.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov (14. Orxan Səfiyaroğlu,73), 3. Usim Nduka (20. Mansur Limani, 46), 5. Aqil Nəbiyev (k), 16. Bronislav Arsenyeviç, 11. Zohair Benuahi, 7. Tərlan Xəlilov (10. Nuqzar Kvirtiya, 66), 88. Ervin Bulku, 17. Viktor İbekoyi, 19. Hüseyn Axundov, 25. Ruis Kristian.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 8. Elşən Məmmədov, 9. Vüsal Qarayev, 22. Elgün Abbaslı.
Baş məşqçi: Elxan Abdullayev.
Simurq - Rəvan - 1:1 (0:0)
Qollar: Elçin Xəlilov, 82 (1:0), Ramazan Abbasov, 90+4 (1:1).
Vərəqələr: Qərib İbrahimov, 27 (əllə oyun), Vasili Yanotovski, 34 (idmançıya yaraşmayan hərəkət); Elçin Xəlilov, 55 (idmançıya yaraşmayan hərəkət); Tofiq Mikayılov, 90+2 (idmançıya yaraşmayan hərəkət) - Miloş Zeçeviç, 7 (ayağa zərbə), Georgi Qulordava, 76 (idmançıya yaraşmayan hərəkət), Reys Klaudiney, 90+2 (idmançıya yaraşmayan hərəkət) – sarı.
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Samir Hacıyev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
19 avqust 2011. Zaqatala. Şəhər stadionu. 2000 tamaşaçı.
Simurq: 32. Adnan Hodziç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 17. Rüstəm Məmmədov, 15. Anar Həsənli, 8. Qərib İbrahimov, 9. Əli Bağırov (29. Samir Quliyev, 69), 10. Tofiq Mikayılov, 28. Yevgeni Şmakov, 4. Vasili Yanotovski, 27. Ramil Sayadov (7. Elçin Xəlilov, 37), (6. Mikayıl Rəhimov, 85).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 23. Ruhid Usubov.
Baş məşqçi: Sergey Yuran.
Rəvan: 1. Artur Kotenko, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç (22. Amid Hüseynov, 88), 7. Reys Klaudiney, 8. Tural Axundov, 10. Anxel Qutyerres, 11. Şeriff Suma, 15. Tural Cəlilov (90. Sergey Çernışev, 62), 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 87. Georgi Qulordava (20. Kristian Torres, 80).
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 6. Taqim Novruzov, 13. Fərid Həşimzadə, 16. Fərrux Rəhimov.
Baş məşqçi: Bəhmən Həsənov.
Hesabat turunun qalan görüşləri bu gün və sabah keçiriləcək: 20 avqust - Xəzər Lənkəran – Turan, İnter – Bakı; 21 avqust - Neftçi - Sumqayıt Şəhər, Kəpəz – Qarabağ.
|
1
|
XL
|
2
|
2
|
0
|
0
|
5-1
|
6
|
|
2
|
Qəbələ
|
3
|
1
|
2
|
0
|
3-2
|
5
|
|
3
|
AZAL
|
3
|
1
|
1
|
1
|
4-4
|
4
|
|
4
|
Turan
|
2
|
1
|
0
|
1
|
3-2
|
3
|
|
5
|
Neftçi
|
1
|
1
|
0
|
0
|
1-0
|
3
|
|
6
|
Qarabağ
|
1
|
1
|
0
|
0
|
1-0
|
3
|
|
7
|
İnter
|
2
|
1
|
0
|
1
|
1-1
|
3
|
|
8
|
Kəpəz
|
2
|
1
|
0
|
1
|
4-5
|
3
|
|
9
|
Simurq
|
3
|
0
|
2
|
1
|
1-4
|
2
|
|
10
|
Bakı
|
2
|
0
|
2
|
0
|
0-0
|
2
|
|
11
|
Rəvan
|
3
|
0
|
1
|
2
|
3-5
|
1
|
|
12
|
SŞ
|
2
|
0
|
0
|
2
|
2-4
|
0
|
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran)
2 - Sergey Artyux (Turan), Zohair Benouahi (AZAL).
