20 avqust 2011 00:01
Bakıdan İnterin oyunçularına qarşı təxribat
"Nəticədən razı qaldım, ancaq oyun planında bəzi problemlər var. Birinci hissədə bu problem özünü göstərdi, lakin fasilədən sonra oyun və topa nəzarət, o cümlədən ötürmələr yaxşılaşdı". Azerisport.az xəbər verir ki, bu sözləri "Bakı" ilə oyundan sonra "İnter"in əvəzedici komandasının baş məşqçisi Tofiq Mustafayev deyib.
"Bakı"ya 3:1 hesabı ilə qalib gələn komandanın çalışdırıcısı yetirmələrinin rəqibin təxribatına uyduğunu bildirib: "Təəssüf ki, bəzi futbolçular boş yerə sarı vərəqələr alırlar, rəqibin təxribatlarına uyurlar. Lakin ümumi mənzərə pis deyil, biz 3 tur keçirmişik və nəzərə almaq lazımdı ki, komandamız gəncdi. Qarşıdakı matçlarda daha yaxşı oynamağa çalışacağıq".
