19 avqust 2011 11:06
Berti Foqts millinin heyətini açıqladı
Avqustun 22-dən 24-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts sözügedən toplanışa 27 futbolçu çağırıb.
Onların arasında Rusiyanın “Volqa” klubunda çıxış edən Vaqif Cavadova, Türkiyə “Erciyesspor”unun şərəfini qoruyan Amit Quluzadəyə yer verilməyib. Bundan əlavə almaniyalı mütəxəssis Makedoniya ilə sınaq matçında zədələnən Elvin Məmmədova, həmçinin zədəli Vüqar Nadirova da dəvət göndərməyib.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Sumqayıt Şəhər);
Müdafiəçilər: Saşa Yunisoğlu, Vurğun Hüseynov (hər ikisi “Qəbələ”), Rəşad Sadıqov (Qarabağ), Usim Nduka (AZAL), Rail Məlikov, Ruslan Əmircanov, Ruslan Abışov (hamısı Neftçi), Elnur Allahverdiyev (Xəzər Lənkəran);
Yarımmüdafiəçilər: Aqil Nəbiyev (AZAL), Əziz Quliyev, Fabio Luis Ramin (hər ikisi “Bakı”), Mahir Şükürov, Aleksandr Çertoqanov, Arif İsayev (hamısı “Qəbələ”), Əfran İsmayılov, Rəşad Sadiqov (hər ikisi “Qarabağ”), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi “Xəzər Lənkəran”), Rəşad Abdullayev, Cavid Hüseynov (hər ikisi “Neftçi”), Araz Abdullayev (Everton, İngiltərə);
Hücumçular: Rauf Əliyev (Qarabağ), Elşən Məmmədov (AZAL), Murad Hüseynov (Qəbələ).
