19 avqust 2011 11:36
Kamran Ağayev - 75
Premyer Liqanın 2-ci turunun AZAL-la oyunu “Xəzər Lənkəran”ın kapitanı Kamran Ağayev üçün də əlamətdar olub. Azerisport.az xəbər verir ki, o, 75-ci dəfə bu komandanı meydana kapitan sarğısı ilə çıxarıb.
2006/07 mövsümündən komandada çıxış edən qapıçı 2009/10 mövsümündə ilk dəfə kapitan kimi debüt edib. Ardıcıl 3-cü mövsümdü ki, “Xəzər Lənkəran”ın əsas kapitanı olan Kamran bu müddətdə bütün yarışlara sarğı ilə çıxıb.
Qeyd edək ki, Ağayev kapitanlıq sayında “Xəzər Lənkəran”ın rekordçusudu.
2009/10
Premyer Liqa - 30
Kubok – 6
2010/11
Avroliqa - 2
Premyer Liqa - 28
Kubok – 5
2011/12
Avroliqa - 2
Premyer Liqa - 2
