20 avqust 2011 00:10
Yığmamız macarlara 7 qol vurdu
Macarıstanda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Sissi Raytın yetirmələrinin rəqibi MTK (Budapeşt) klubunun qızlardan ibarət U-17 komandası olub.
Yığmamız bu görüşdə 7:3 hesabı ilə qələbə qazanıb. Lakin təəssüf ki, görüşdə vurulan qolların müəllifləri haqda dəqiq məlumat yoxdu.
