19 avqust 2011 12:34
Ansi Aqolli: Kəpəzlə oyunumuz asan olmayacaq
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Premyer Liqanın 3-cü turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Gəncə klubu ilə ötən mövsümkü oyunumuz yadımdadı. Həmin səfər matçında biz çətinliklə qələbə qazandıq. Qələbə qolumuzu isə yalnız son dəqiqələrdə Georgi Adamiya vura bildi. O vaxt çox ağır oyun alınmışdı. Bu dəfə də işimizin asan olmayacağını düşünürəm. Amma ümid edirəm ki, istədiyimiz müsbət nəticəni qazana biləcəyik”.