20 avqust 2011 14:28
Ansi Aqolli: Yeni oyunçuya ehtiyac olduğunu düşünmürəm
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli azerisport.az saytına müsahibəsində Premyer Liqanın son turunun “İnter”lə oyunundan, eləcə də qarşıdakı “Kəpəz”lə qarşılaşmadan, komandadakı zədəlilərdən danışıb.
- “Kəpəz”lə oyunun hazırlıqları necə gedir?
- Həmişəki kimi, normal qaydada gedir. Ümid edirəm ki, bəzi futbolçularımız zədədən sonra bu dəfə meydana çıxa biləcəklər. Amma istər-istəməz aparıcı oyunçuların yoxluğu hazırlıqlarda da özünü göstərir.

- Növbəti rəqibiniz haqda nə deyərdiz?
- Ötən mövsümkü oyunumuzu yaxşı xatırlayıram. Onda biz 1:0 hesabıyla qələbə qazandıq. Yeganə qolu isə yalnız son dəqiqələrdə Georgi Adamiya vurdu. Oyun çox çətin alınmışdı. Bu dəfə də asan olmayacağını düşünürəm. Amma uğurlu nəticə qazanacağımıza əminəm.

- “Kəpəz”in bu mövsümkü oyununa baxmaq imkanınız olub?
- Düzünü deyim ki, hələ yox. Amma bildiyim qədərilə, “Kəpəz” yaxşı komandadı. Həm də oyun Gəncədə keçiriləcək. Bu komanda evdə həmişə yaxşı oynayır. Buna görə də bizə ikiqat çətin olacaq.
- Zədəli futbolçuların yoxluğunda oynamaq çox çətindi?
- Əlbəttə, əsas heyətin 4 üzvü zədə səbəbindən sırada olmayanda, özünü komfortlu hiss etmirsən. Elə oyunçuların sayı çox olduqca, vəziyyət daha da pisləşir. Düzdü, onların əvəzində meydana çıxan futbolçular da yaxşı oyun sərgiləyirlər. Məsələn, Bəxtiyar Soltanovla İlqar Qurbanov zədəliləri layiqincə unutdura bilirlər.
- Düşünmürsüz ki, bir neçə yeni oyunçunun alınmasına ehtiyac var?
- Ötən mövsümün əvvəlində də belə problemlərimiz vardı. Yeni futbolçuların alınmasına gəlincə, zədəlilər gec-tez sıraya qayıdacaqlar. Buna görə indi tələsik yeni oyunçular almağa ehtiyac olduğunu düşünmürəm.

- Amma itkilərə rəğmən, “İnter”lə oyunda qələbə qazana bildiniz...
- Fikrimcə, yeni mövsümdəki debüt oyunumuz çox yaxşı alındı. Biz heç də pis təsir bağışlamadıq. İtkilərə rəğmən, qələbəyə layiq oyun göstərdik və sonda istəyimizə çatdıq.
- Həmkarlarınız Quzanlı stadionunun qazonundan heç də razı qalmadılar...
- Bəli, bu, həqiqətən belədi. Amma əminəm ki, sözügedən problem tezliklə yoluna qoyulacaq.
- Sizin üçün ev oyunlarınız Quzanlıda keçirmək daha rahatdı, yoxsa Bakıda?
- Mən Quzanlını daha yaxşı hesab edirəm. Ona görə ki, orda azarkeşlərimizin dəstəyini daha yaxından hiss edə bilirik. Belə dəstək qarşısında oynamaq çox xoşdu.
- Yeni mövsüm üçün hədəfləriniz nədi?
- Fikrimcə, ilk növbədə birinci altılığa düşmək haqda düşünməliyik. Ondan sonrakı hədəflərimizə isə o vaxt baxarıq. İndi az qala bütün klublar çempion olmaq istəyir. Amma şəxsən mən hələ bu haqda düşünməyin tez olduğunu düşünürəm.