20 avqust 2011 14:50

“Neftçiyə qarşı oynamaq mənə əlavə stimul verəcək”

Sabah Premyer Liqanın 3-cü turu çərçivəsində “Sumqayıt Şəhər” səfərdə “Neftçi” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyun saat 21:00-da start götürəcək. Vaxtilə “Neftçi”nin formasını geyinmiş, hazırda doğma şəhərinin komandası olan “Sumqayıt Şəhər”də çıxış edən Aqil Məmmədov klubun rəsmi saytına müsahibə verib.
 
- “Sumqayıt Şəhər”in mövsümə startı barəsində nə deyə bilərsiz?
- İlk iki turda məğlub olmağımıza baxmayaraq, komanda əzmkar oyun nümayiş etdirib. Bildiyiniz kimi “Sumqayıt Şəhər” klubunun əsasını millinin aşağı yaş qrupunda forma geyinən futbolçular təşkil edir. Gənc heyətimiz olduğundan təcrübə problemi yaşayırıq. Lakin futbolçularımız meydanda sona qədər döyüşürlər. Bu da bizim əsas silahımızdı. Məsələn, “Xəzər Lənkəran”la matçın ikinci hissəsində çox yaxşı oynadıq. “Qəbələ” ilə qarşılaşmada isə buraxdığımız səhvlər ucbatından oyunu əldən verdik. Fasilədən sonra rəqibdən üstün olsaq da, yalnız bir qol vura bildik. Ardıcıl iki məğlubiyyətə baxmayaraq, biz həvəsdən düşməmişik.
 
- Sabah mərkəzi arenada “Neftçi” ilə üz-üzə gələcəyik. Vaxtilə “ağ-qaralı” formanı geyindiyin kluba qarşı oynayacaqsan. Hansı hissləri keçirirsən?
- “Neftçi” Azərbaycan futbolunun flaqmanıdı. Hər kəs bu klubun formasını geyinmək istər. Mən fəxr edirəm ki, nə vaxtsa “ağ-qaralı” formanı geyinmişəm. Lakin biz peşəkarıq. Bir gün bir yerdə işləyə bilərik, sabah başqa yerdə. İndi “Sumqayıt Şəhər”in bir parçasıyam və meydana çıxacağım halda sona qədər döyüşəcəm. “Neftçi”yə qarşı oynamaq isə mənə əlavə stimul verəcək. Bu yaşımda flaqmana qarşı oynamaq mənim üçün böyük fəxrdi.
 
- “Neftçi” ilə oyundan hansı nəticəni gözləyirsiniz?
- Kiminlə oynayacağımıza baxmayaraq, biz bütün komandalarla qarşılaşmaya qələbə üçün çıxırıq. “Neftçi” Premyer Liqanın son çempionudu. Buna görə, oyun bizim üçün çox ağır keçəcək. Amma döyüşkən kollektivimiz var, biz rəqibdən qətiyyən çəkinmirik. İlk xalımızı bu oyunda qazanmağı çox istərdik.
 
- Sonda Sumqayıt azarkeşlərinə nə demək istərdin?
- Sumqayıtın həmişə böyük azarkeş kütləsi olub. Bu şəhər futbolla nəfəs alır. Şəhərin bütün gənclərinin bu idman növünə böyük marağı var. Hər bir futbolçu üçün dolu tribunalarda oynamaq əlavə stimuldu. Keçən həftə “Qəbələ” ilə oyunda da stadion tam dolmuşdu. “Xəzər Lənkəran”la qarşılaşmada da fanatlar bizi tək buraxmamışdı. Komanda adından onlara təşəkkür edirəm. Fanatlardan xahiş edirəm ki, bütün oyunlarda 90 dəqiqə yanımızda olsunlar, bizə dəstək versinlər. Biz azarkeşlərimizlə fəxr edirik!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.