20 avqust 2011 20:17
Branimir Subaşiç Xəzər Lənkəranda qolla debüt etdi
Ötən həftə “Xəzər Lənkəran”a transfer olunan Branimir Subaşiç yeni komandasında debüt edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Mirça Rednik milliləşdirilərək Azərbaycan yığmasına cəlb olunan serb əsilli futbolçunu “Turan”la matçda start heyətində meydana buraxıb.
Qeyd edək ki, bu, Subaşiçin Azərbaycanda formasını geydiyi üçüncü klubdu. 2005-ci ildə “Xəzər Lənkəran”ın əzəli rəqibi “Neftçi”yə gələn futbolçu 3 il ərzində “ağ-qaralı” formada 65 oyun keçirərək 31 qola imza atıb. 2008-ci ildə “Neftçi”dən “Crvena Zvezda”ya gedən futbolçu 2010-cu ildə Azərbaycana qayıdaraq bir mövsüm “Qəbələ”də çıxış etdi və meydana çıxdığı 19 oyunda 2 qol vurdu.
Subaşiç milli komandamızda 26 oyun keçirərək, 6 dəfə rəqib qapılarına yol tapıb.
O, artıq yeni klubunda da çıxdığı ilk oyundaca qol hesabı aça bildi.
