20 avqust 2011 21:24
Qəbələnin qapıçısı Turanda
"Turan" heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, Tovuz klubu "Qəbələ"nin qapıçısı Anar Nəzirovla güclənib.
Bundan əvvəl türk əsilli almaniyalı qapıçı Göksu Hasanciklə müqavilə imzalayan tovuzlular bu dəfə Anarı heyətə qatıb. Baş məşqçi Əsgər Abdullayev bu gün ona "Xəzər Lənkəran"la oyunda start heyətində yer verib və qapıçı 90 dəqiqə meydanda olmaqla, 3 qol buraxıb.
Qeyd edək ki, "Turan"da Anar Nəzirov və Göksu Hasancikdən başqa daha iki qapıçı var. Bunlar 21 yaşlı Ramil Kərimov və 24 yaşlı Zabid Səfərovdu. Nəzirov isə "Turan"da bir il ərzində icarə əsasında oynayacaq.
