20 avqust 2011 21:49
Mirça Rednik: İtkisiz irəliləsək də...
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 3-cü turunun “Turan”la ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, makedoniyalı mütəxəssis komandasının doğma meydanda 3:1 hesablı qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“İlk növbədə oyunçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çətin oyun oldu. “Turan” xüsusilə ilk hissədə çox yaxşı təsir bağışladı. Demək olar ki, qol epizodları yaratmağa imkan vermirdilər. Bizim daha yaxşı oyun göstərməyimiz, daha yaxşı komanda yaratmağımız üçün vaxt lazımdı. Bunu yenidən təkrarlamağa da hazıram. İtkisiz irəliləməyimizə baxmayaraq, deməzdim ki, yetirmələrimdə hər şey 100 faiz qaydasındadı. Bir sıra oyunçular komandada yenidi. “Barcelona”nın yetirməsi olan futbolçunu heyətimizə qatmaqda kömək etdiyi üçün klubun prezidentinə təşəkkür edirəm. Qələbəyə görə sevinirəm. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".
