20 avqust 2011 22:24
Bakının penalti sindromu davam edir
“Bakı” ardıcıl ikinci turda penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Azerisport.az xəbər verir ki, “Simurq”la oyunda şansını boşa verən paytaxt klub “İnter”lə qarşılaşmada da 100 faizlik qol imkanını boşa verib.
“Simurq”la oyunun 78-ci dəqiqəsində təyin olunan penaltini yerinə yetirən Denis İvanovun zərbəsini Zaqatala klubunun qapıçısı Adnan Hodziç dəf etmişdi. “İnter”lə görüşdə isə “Bakı” 50-ci dəqiqədə hesabı açmaq, həm də mövsümün ilk qoluna imza atmaq imkanı qazanıb. Lakin əllə oyuna görə təyin olunan penaltini bu dəfə Aleksandr Soliç yerinə yetirib və “İnter”in qapıçısı Georgi Lomaya zərbəni çətinlik çəkmədən dəf edib.
