20 avqust 2011 11:28
“Ən pisi də odu ki, bunu 5-6 tura aradan qaldırmaq mümkün deyil”
“Sumqayıt Şəhər”in kapitanı Samir Abasov azerisport.az saytına müsahibəsində qarşıdan gələn “Neftçi” ilə oyundan, eləcə də komandasından danışıb.
- “Sumqayıt Şəhər”in mövsümə startı gözlənilən kimi oldu?
- Tamamilə. İlk tura qədər komanda cəmi 15 gün idi ki, bir araya gəlmişdi. Normal hazırlıq keçə bilməmişdik. Tərslikdən, ilk turlarda da ancaq ilk altılığa oynayan rəqiblərlə qarşılaşırıq. Amma məğlubiyyətlərə baxmayaraq, həvəsdən düşmürük. “Xəzər Lənkəran”la oyunun ikinci hissəsində biz çox yaxşı təsir bağışladıq. İnanırdıq ki, “Qəbələ” ilə ev oyununda daha uğurlu oyun sərgiləyəcəyik. Amma alınmadı. Komandamız yenidi. Uşaqların 90 faizi indiyə qədər Premyer Liqada çıxış etməyib. Vaxt lazımdı. Uşaqlara başa salırıq ki, qorxulu heç nə yoxdu, oynamaq lazımdı.

- Mahmud Qurbanovla sizə gənclərin arasında oynamaq çətin deyil ki?
- Asan deyil. Çalışırıq ki, uşaqlara daha çox şeyi başa salaq. Talant var, güc var, amma təcrübə hələ azdı. Ən pisi də odu ki, bunu 5-6 tura aradan qaldırmaq mümkün deyil. Siz də görürdünüz ki, onlar məşqlərdə necə qaçırdılar.

- Bəs gözlədiyiniz “Sumqayıt Şəhər” üçün nə qədər vaxt lazımdı?
- Birinci dövrənin sonuna kimi işimiz çox çətin olacaq. Gənclərimiz bir qədər təcrübə topladıqdan sonra özlərinə inamları da artacaq.
- Deməli, mövsümün sonuna kimi ancaq elitada qalmaq uğrunda mübarizə aparacaqsız?
- Nə qədər ki, uşaq səhvləri buraxırıq, belə də olacaq.

- Qarşıdan “Neftçi” ilə oyun gəlir. Komandanın qarşısına hansı vəzifə qoyulub?
- Yaxşı hazırlaşırıq. Düşünməyin ki, “Neftçi”yə görə. İndi biz hamıya qarşı hazırlaşırıq. Demək olar ki, hər gün iki məşq keçirik.

- Son çempionu məğlub etmək fikrindəsiz?
- Bilmirəm. Bu az inandırıcıdı. Oynayacağıq, görək necə alınır. “Sumqayıt Şəhər”də heç kim deyə bilməz ki, biz “Neftçi”ni udacaq gücdəyik. Əgər “Qəbələ” ilə oyunun ikinci hissəsində sərgilədiyimiz oyunu göstərsək, nəyəsə ümid etmək olar.
- Ola bilər ki, rəqib sizi lazımında qiymətləndirməsin?
- Bu, mümkündü. Əgər belə olsa, çox şey mümkündü. Amma “Sumqayıt Şəhər” “Neftçi”dən çox geri qalır.

- “Qarabağ”dan incikliyiniz qalmayıb?
- Qətiyyən yox. Heç o haqda düşünmürəm də. Hazırda ancaq komandamın oyunları haqda düşünürəm.