20 avqust 2011 23:36
Aleksandr Starkov: Mən oyunçularımı meydandan çıxarmazdım
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 3-cü turunun “İnter”lə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı “Şəfa”da keçirilən və başa çatmayan görüşdən sonra bunları dilə gətirib:
“Həmin qalmaqallı epizodda penalti var idi. Nurlan Novruzovun sinəsində Georgi Lomayanın 45 ölçülü butsısının izi qalıb. Bilmirəm rəqib həmkarımın yerinə olsaydım özümü necə aparardım. Amma hər halda futbolçularımı meydandan dəqiq çıxarmazdım”.
