20 avqust 2011 11:42
Galatasaray növbəti transferini rəsmiləşdirdi
Türkiyənin “Galatasaray” klubu növbəti transferini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, İstanbul klubu Engin Baytarın keçidini həll edib.
Klubun rəsmi saytı ilə yaydığı açıqlamada ötən mövsüm “Trabzonspor”da çıxış edən futbolçu ilə iki illik anlaşmanın əldə olunduğu bildirilir. Anlaşma 2011-2012 və 2012-2013 mövsümlərini əhatə edəcək.
Qeyd edək ki, 28 yaşlı Engin Baytar karyerası ərzində Türkiyənin “Maltepespor” (29 oyun, 2 qol), “Genclerbirligi" (68 oyun, 9 qol), "Eskişehirspor" (11 oyun, 1 qol) və "Trabzonspor" (38 oyun, 3 qol) klublarında çıxış edib. Hücumçu Türkiyə yığmasında bir oyun keçirib.
