21 avqust 2011 00:14

Yenə qalmaqal və ya XL öz işində

Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tur davam edir. Azerisport.az xəbər verir ki, həmişəkindən fərqli 3 günə bölüşdürülən 3-cü turun görüşlərindən daha ikisi arxada qaldı.
 
İkinci oyun günü daha çox paytaxt derbisi ilə əlamətdar olsa da, bundan öncə meydana “Xəzər Lənkəran” və “Turan” çıxdı. Lənkəran təmsilçisi ilk iki oyunda maksimum nəticə göstərdiyindən bu dəfə də uğurlu çıxışını davam etdirmək istəyirdi. Rəqibin o qədər də iddialı olmaması, matçın doğma meydanda keçirilməsi lənkəranlıların şanslarını daha da artırırdı. Baxmayaraq ki, rəqib müdafiə futbolunun əsas tərəfdarlarından olan Əsgər Abdullayevin çalışdırdığı “Turan” idi.
 
Lakin Tovuz klubu cənub təmsilçisinin təzyiqləri qarşısında o qədər də tab gətirə bilmədi. Bu mənada daha çox debüt matçına çıxan Branimir Subaşiçin dubla imza atması daha diqqətçəkən oldu. Məhz millimizin sabiq hücumçusunun yeni komandasındakı uğurlu startı sayəsində cənub təmsilçisi “Turan”ın sürpriz etməsinə imkan vermədi. Düzdü, qonaq komandada da “Qəbələ”dən icarəyə götülürən qapıçı Anar Nəzirov inamlı təsir bağışlayırdı. Amma onun canfəşanlığı da komandasının 3 dəfə meydanın mərkəzinə dəvət olunmasına mane olmadı.
 
Beləcə, “Xəzər Lənkəran” ardıcıl 3-cü matçında da qələbə qazanmağı bacardı. Hələlik, 100 faizli nəticə göstərən komanda eyni zamanda vahid liderdi. Baş məşqçi Mirça Rednik isə hər şeyə rəğmən hələ də komandasından razı olmadığını deyir.
 
Günün digər matçı daha maraqla gözlənilirdi desək, yanılmarıq. Amma bu görüşün bu dərəcədə qalmaqala səbəb olacağını da güman ki, heç kim öncədən güman etməzdi. Əslində, “İnter” və “Bakı” arasındakı görüş çox sakit başladı. Hətta ilk yarıda heç bir ciddi qol epizodu da yaratmayan tərəflərin elə ikinci hissədə də nəyisə dəyişəcəyinə güman yox idi.
 
Lakin istər-istəməz paytaxt derbisində müəyyən gərginlik var idi və zaman-zaman baş hakim Ramil Diniyev əlini cibinə ataraq futbolçuları sarı vərəqələrə “qonaq edirdi”. Onun hədəfi isə daha çox meydan sahibləri idi. O, hətta 48-ci dəqiqədə meydan sahiblərinin qapısına penalti də təyin etdi. Lakin, ötən tur “Simurq”la oyunda olduğu kimi, bu dəfə də “zolaqlılar” bu gözəl hədiyyədən yararlana bilmədilər. Georgi Lomaya Aleksandr Soliçin zərbəsini dəf etməyi bacardı. Halbuki, qonaqlar həmin epizodda hesabı açsaydılar, bəlkə də hadisələrin sonrakı axarı böyük qalmaqala gətirib çıxarmazdı.
 
Hər kəs artıq görüşün qolsuz heç-heçə ilə bitəcəyini düşünürdü. Axı 90+2-ci dəqiqə getdiyi bir vaxtda hamı hakimin final fitini səsləndirməsini gözləyirdi. Amma o, tam fərqli, həm də böyük bir qalmaqalın əsasını qoyan bir qərarla yadda qaldı. Belə ki, cərimə meydançasına göndərilən topa çıxan Lomaya bu zaman rəqib komandanın gənc hücumçusu Nurlan Novruzovun sinəsinə düşdü ki, bu da aləmi bir-birinə qatdı. Öncə futbolçular arasında gərginlik yarandığı vaxt yan xətt hakimi ilə məsləhətləşən Diniyev “İnter”in qapıçısına qırmızı vərəqə göstərməklə yanaşı, qapısına penalti təyin etdi.
 
Bundan sonra baş verənlər haqda digər yazılarımızda xəbər verdiyimizdən, yenidən sadalamağa gərək duymuruq. Amma artıq 3-cü tura kimi bir neçə bu və digər belə qalmaqalların yaranması acı təəssüfdən başqa bir şey doğurmur. Hər halda AFFA və PFL rəhbərliyi, xüsusilə Hakimlər Komitəsi bu kimi halların artmasına bir əncam çəkmək haqda düşünməyə borcludu.
 
Premyer Liqa
3-cü tur
20 avqust

Xəzər Lənkəran - Turan - 3:1 (1:0)
Qollar: B.Subaşiç, 33 (1:0), Branimir Subaşiç, 58 (2:0), R.Qomes, 59 (3:0), N.Nəbiyev, 86 (3:1).
Vərəqələr: Emeka Opara, 35 (idmançıya yaraşmayan hərəkət), Rikardo Qomes, 55 (idmançıya yaraşmayan hərəkət) - Zura Dzamsaşvili, 35 (idmançıya yaraşmayan hərəkət), Aleksandr Qoqoberişvili, 90+3 (simulyasiya) - sarı.
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
20 avqust 2011. Lənkəran. Şəhər stadionu. 8000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 3. Elvin Beqiri, 7. Katalin Doman, 8. Eder Bonfim, 9. Branimir Subaşiç (90. Fikrət Ulduzlu, 86), 10. Elnur Abdullayev (18. Alim Qurbanov, 70), 11. Andrei Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (33. Deyan Rusiç, 61), 16. Adrian Pit, 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Zahid Quliyev, 23. Şəhriyar Xəlilov, 27. Habil Nurəhmədov.
Baş məşqçi: Mirça Rednik.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev, 5. Ayxan Abbasov (21. Rəşad Orucov, 41), 6. Aleksandr Dubileviç, 7. Ramal Hüseynov (k) (15. Namiq Əliyev, 77), 9. Yasin Abbasov (29. Rudison Ferreyra, 30), 10. Nadir Nəbiyev, 14. Aleksandr Qoqoberişvili, 19. Ruslan Abbasov, 24. Sergey Artyux, 27. Zura Dzamsaşvili.
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 17. Samir Əliyev, 25. Martin Kerçev, 11. Georgi Beriaşvili.
Baş məşqçi: Əsgər Abdullayev.
 
İnter - Bakı - 0:0 (başa çatmayıb)
Matçın 49-cu dəqiqəsində Aleksandar Soliç penaltidən yararlana bilməyib – qapıçı.
Vərəqələr: Elnur Abdulov, 12 (simulyasiya), Petar Zlatinov, 22 (hakimin qərarına etiraz), Asif Məmmədov, 47 (idmançıya yaraşmayan hərəkət), Enyo Krastovçev, 48 (əllə oyun), Asif Mirili, 50 (idmançıya yaraşmayan hərəkət), Valeri Abramidze, 89 (hakimin qərarına etiraz) - Denis İvanov, 31 (idmançıya yaraşmayan hərəkət), Deyvidas Çesnauski, 79 (idmançıya yaraşmayan hərəkət) – sarı, Georgi Lomaya, 90+1 – qırmızı.
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Rahil Ramazanov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
20 avqust 2011. Bakı. “Şəfa” stadionu. 2500 tamaşaçı.

İnter: 1. Georgi Lomaya (k), 2. Xəyal Mustafayev, 4. Valeri Abramidze, 9. Enyo Krastovçev (28. Baçana Sxadadze, 77), 10. Asif Mirili, 11. Asif Məmmədov, 14. Petar Zlatinov, 16. Elnur Abdulov (8. Nizami Hacıyev, 62), 18. İlia Kandelaki, 22. Peter Çrappan, 23. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 13. Bronislav Çervenka, 21. Arif Daşdəmirov, 20. Girt Karlson, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Sxadadze.
Bakı: 1. Marko Şarlija (k), 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 9. Maris Verpakovski (19. Nurlan Novruzov, 83), 14. Elvin Əliyev, 21. Novruz Məmmədov, 32. Aleksey Savinov, 36. Uinston Parks, 77. Aleksandar Soliç (8. Junior Vilson, 59), 99. Rəhman Hacıyev (29. Əziz Quliyev, 77).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 15. Cəmşid Məhərrəmov, 17. Emin Cəfərquliyev, 25. Şəhriyar Əliyev.
Baş məşqçi: Aleksandr Starkov.

 
Qeyd edək ki, ilk oyun günündə keçirilən oyunlarda aşağıdakı nəticələr qeydə alınmışdı: Qəbələ - AZAL - 1:1, Simurq - Rəvan - 1:1.
Tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq: Neftçi - Sumqayıt Şəhər, Kəpəz – Qarabağ.
 
 
1
XL
3
3
0
0
8-2
9
2
Qəbələ
3
1
2
0
3-2
5
3
AZAL
3
1
1
1
4-4
4
4
Turan
3
1
0
2
4-5
3
5
Neftçi
1
1
0
0
1-0
3
6
Qarabağ
1
1
0
0
1-0
3
7
İnter
2
1
0
1
1-1
3
8
Kəpəz
2
1
0
1
4-5
3
9
Simurq
3
0
2
1
1-4
2
10
Bakı
2
0
2
0
0-0
2
11
Rəvan
3
0
1
2
3-5
1
12
SŞ
2
0
0
2
2-4
0
 
Bombardirlər:
3 - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran)
2 - Sergey Artyux (Turan), Zohair Benuahi (AZAL), Branimir Subaşiç (Xəzər Lənkəran).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.