20 avqust 2011 00:21
Jaba: Yeni klubumun adını çərşənbə axşamı biləcəksiz
“Bakı”nın braziliyalı forvardı Jaba gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik ilə əlaqədar fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən hazırda 2-3 klubla danışıqlar aparıram. Lakin həmin komandaların adlarını açıqlaya bilmərəm. Mənə çərşənbə axşamına kimi vaxt verin. Həmin gün yeni klubumun adını biləcəksiz. Sadəcə bir şeyi deyə bilərəm ki, yerli klublarla razılığa gələ bilməsəm, Türkiyəyə gedəcəm”.

Xatırladaq ki, müqavilə ilə "Bakı"ya məxsus olan Jaba baş məşqçi Aleksandr Starkov tərəfindən komandadan uzaqlaşdırılsa da, o, xeyli müddətdi ki, özünə yeni iş yeri tapa bilmir.