20 avqust 2011 00:18
Böyükağa Hacıyev: Jaba işlənmiş kartdı
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Bakı”nın forvardı Jaba ilə güclənmək istədiklərinə dair yayılan xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “ağ-qaralar”ın çalışdırıcısı bu xəbərləri təkzib edib:
“Jaba “Neftçi”yə gəlməyəcək. Komandamızda Emil Mpenza və Bahodir Nasimov kimi hücumçular var. Jaba isə artıq işlənmiş kartdı”.
“Jaba “Neftçi”yə gəlməyəcək. Komandamızda Emil Mpenza və Bahodir Nasimov kimi hücumçular var. Jaba isə artıq işlənmiş kartdı”.
Xatırladaq ki, paytaxt klubu hazırda bir hücumçuyla güclənməkdə maraqlıdı. Lakin onun Fərid Quliyev olması variantı daha inandırıcı görünür.
