20 avqust 2011 12:44
Moldovanın ən yaxşı bombardiri Azərbaycan klubunda (FOTO)
Moldovanın “Milsami-Ursidosa” klubunun hücumçusu Georgi Boqyu karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, hazırda Azərbaycan klublarından birində baxışdadı.
Lakin hələlik onun hansı klubumuzda baxışda olması barədə ətraflı məlumat verilmir. Yəni, hələlik bu oyunçunun çempionatımızda çıxış edib-etməyəcəyi tam dəqiqləşməyib.
Qeyd edək ki, peşəkar karyerasında “Olimpia Balți” klubunda başlayan moldovalı futbolçu 2006-cı ildə Rusiyada legioner həyatına başlayıb. 2007-ci ilə kimi “Salut-Energia”nin şərəfini qoruyan Boqyu daha sonra “Avangard”da çıxış edib. 2007-2008 mövsümündə isə Rumıniyanın “Oțelul Galați” klubuna transfer olunub. 2008-ci ildə isə Qazaxıstanın “Esil-Bogatır” klubuna keçib. 2009-cu ildə Rusiya “Chita”sına qayıdan Georgi növbəti mövsümü Özbəkistan “Nasaf”ında keçirib. Ötən ildən isə “Milsami”də top qovur.
1981-ci il təvəllüdlü Boqyu 1 dəfə Moldova millisinə də dəvət olunub. Ötən mövsüm o, Moldova çempionatında 31 oyunda 26 qol vurmaqla ən yaxşı bombardir olub.
