26 avqust 2011 03:05
Avroliqada pley-off mərhələsi sensasiyalarla başa çatdı (YENİLƏNİB)
Avropa Liqasının pley-off mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasından sonra qitənin ən nüfuzlu ikinci turniri olan Avroliqanın qrup mərhələsinə vəsiqə uğrunda 76 komanda mübarizə aparırdı.
Təəssüf ki, onların arasında Azərbaycan komandalarından heç biri yoxdu. Çünki bu turnirdəki təmsilçilərimizdən AZAL və “Xəzər Lənkəran” çıxışını elə ilk cəhddə, “Qarabağ” isə üçüncü cəhdində dayandırmalı oldu.
Bu üzdən də futbolsevərlərimizi daha çox qardaş Türkiyənin Avroliqadakı təmsilçiləri – “Beşiktaş” və “Bursaspor”un çıxışı maraqlandırırdı. Bu komandalar müvafiq olaraq “Alania” və “Anderlecht”lə oyunlarda tam fərqli nəticələrə imza atmışdılar. "Qara qartal" Rusiya klubunu darmadağın etməklə demək olar ki, cütün taleyini ilk oyunda həll etmişdi. "Bursaspor" isə evdə uduzduğundan cavab görüşündə sensasiya etməsi mümkünsüz görünürdü. Amma maraqlıdı ki, bursalılar səfərdə daha yaxşı çıxış etmələrinə rəğmən, şanssız şəkildə turnirlə vidalaşdılar. "Beşiktaş" isə səfərdə az qala üstünlüyünü əldən verəcəkdi. Amma qardaş ölkə təmsilçisi məğlbuyyətə rəğmən, növbəti mərhələyə adlaya bildi.
“Xəzər Lənkəran”ı Avroliqadan kənarlaşdıran “Maccabi” də yoluna davam edir. Təl-Əviv təmsilçisi qrup mərhələsinə çıxmaq uğrunda “Panathinaikos”la ilk mübarizədən qalib çıxmağı bacarıb. “Qarabağ”ın yolunu kəsən “Brugge” isə qonşu Gürcüstan “Zestafoni”sinə eyni aqibəti yaşadıb.
Avroliqanın pley-off mərhələsində bir sıra sürprizlə də qeydə alınıb. Belə ki, İtaliyanın "Roma", İspaniyanın "Sevilla", Fransanın "Sochaux", Rusiyanın "Spartak", Şotlandiyanın "Rangers" və "Celtic" klubları qrup mərhələsinə vəsiqə qazana bilməyib. Özü də maraqlıdı ki, son klub istisna olmaqla qalan bütün kollektivlər cavab görüşünü evdə keçirməsinə rəğmən, bu üstünlükdən yararlana bilməyiblər.
Keçiriləb bütün oyunların siyahısı ilə aşağıda tanış ola bilərsiz. Qeyd edək ki, adları qara hərflərlə işarələnən komandalar qrup mərhələsinə vəsiqə qazananlardı.
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunları
25 avqust
Spartak (Moskva, Rusiya) - Legia (Polşa) - 2:3 (2:2) (İlk oyun - 2:2)
Dinamo (Buxarest, Rumıniya) - Vorskla (Ukrayna) - 2:3 (1:1) (1:2)
Rennes (Frans) - Crvena Zvezda (Serbiya) - 4:0 (2:0) (2:1)
PSV (Hollandiya) - Ried (Avstriya) - 5:0 (0:0) (0:0)
Dinamo (Kiyev, Ukrayna) - Litex (Bolqarıstan) - 1:0 (0:0) (2:1)
AEK (Kipr) - Rosenborg (Norveç) - 2:1 (1:0) (0:0)
Spartak (Trnava, Slovakiya) - Lokomotiv (Moskva, Rusiya) - 1:1 (1:0) (0:2)
Gaz Metan (Rumıniya) - Austria (Avstriya) - 1:0 (1:0) (1:3)
Dinamo (Tiflis, Gürcüstan) - AEK (Yunanıstan) - 1:1 (əlavə vaxtda) (0:1)
Hapoel (Təl-Əviv, İsrail) - Ekranas (Litva) - 4:0 (1:0) (0:1)
CSKA (Sofiya, Bolqarıstan) - Steaua (Rumıniya) - 1:1 (0:0) (0:2)
Young Boys (İsveçrə) - Braga (Portuqaliya) - 2:2 (0:1) (0:0)
Sparta (Çexiya) - Vaslui (Rumıniya) - 1:0 (1:0) (0:2)
Rapid (Rumıniya) - Slask (Polşa) - 1:1 (1:0) (3:1)
Helsingborg (İsveç) - Standard (Belçika) - 1:3 (0:2) (0:1)
Schalke (Almaniya) - HJK (Finlandiya) - 6:1 (2:1) (0:2)
Vitoria (Portuqaliya) - Atletico (İspaniya) - 0:4 (0:2) (0:2)
Partizan (Serbiya) - Shamrock Rovers (İrlandiya) - 1:2 (əlavə vaxtda) (1:1)
Anderlecht (Belçika) - Bursaspor (Türkiyə) - 2:2 (1:1) (2:1)
Rangers (Şotlandiya) - Maribor (Sloveniya) - 1:1 (0:0) (1:2)
Dnepr (Ukrayna) - Fulham (İngiltərə) - 1:0 (1:0) (0:3)
Sion (İsveçrə) - Celtic (Şotlandiya) - 3:1 (1:0) (0:0)
Brugge (Belçika) - Zestafoni (Gürcüstan) - 2:0 (2:0) (3:3)
Alania (Rusiya) - Beşiktaş (Türkiyə) - 2:0 (0:0) (0:3)
Roma (İtaliya) - Slovan (Slovakiya) - 1:1 (1:0) (0:1)
Panathinaikos (Yunanıstan) - Maccabi (Təl-Əviv) - 2:1 (0:0) (0:3)
Birmingham (İngiltərə) - Nacional (Portuqaliya) - 3:0 (2:0) (0:0)
Rabotnicki (Makedoniya) - Lazio (İtaliya) - 1:3 (1:1) (0:6)
Stoke City (İngiltərə) - Thun (İsveşrə) - 4:1 (3:0) (1:0)
AZ Alkmaar (Hollandiya) - Aalesund (Norveç) - 6:0 (2:0) (1:2)
Sochaux (Fransa) - Metallist (Xarkov, Ukrayna) - 0:4 (0:3) (0:0)
PSG (Fransa) - Differdange (Lüksemburq) - 2:0 (0:0) (4:0)
Tottenham (İngiltərə) - Hearts (Şotlandiya) - 0:0 (0:0) (5:0)
Karpaty (Ukrayna) - PAOK (Yunanıstan) - 1:1 (1:0) (0:2)
Salzburg (İsveçrə) - Omonia (Kipr) - 1:0 (0:0) (1:2)
Sevilla (İspaniya) - Hannover (Almaniya) - 1:1 (1:1) (1:2)
Sporting (Portuqaliya) - Nordsjælland (Danimarka) - 2:1 (0:0) (0:0)
QEYD: Trabzonspor (Türkiyə) - Athletic (İspaniya) oyunu UEFA tərəfindən ləğv olunub. Bu komandalar arasında ilk oyun 0:0 bitsə də, "Fenerbahçe" ÇL-dən uzaqlaşdığı üçün onu "Trabzonspor"la əvəzlədilər və güman ki, "Athletic" mübarizəsiz növbəti mərhələyə adlayacaq.
