21 avqust 2011 00:26
Aleksandr Starkov: Soliç Nurlan Novruzova limonad borcludu
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 3-cü turunun “İnter”lə səfər oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın latviyalı çalışdırıcısı qalmaqallı oyundan sonra bunları dilə gətirib:
“Gərgin və döyüşkən oyun alındı. Hesab edirəm ki, biz hər iki penaltini haqq edirdik. İlk iki oyundan sonra üzərimizdə müəyyən təzyiq də vardı. Bizdə hələlik çatışmayan cəhətlər var. Vura bilmədiyimiz penaltiyə gəlincə, Aleksandr Soliç adətən belə zərbələri dəqiq yerinə yetirir. Amma nə etmək olar. İndi o, xilaskarı Nurlan Novruzova bir limonad borcludu. Çünki məhz bu futbolçu onu xilas etdi”.
