21 avqust 2011 12:58
Xaqani Məmmədov Nikolovun cavabını verdi
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Premyer Liqanın 3-cü turunun “İnter” – “Bakı” matçında baş verən qalmaqala münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bu oyunda meydan sahibləri demarşa hazır idilər. Hələ matçın fasiləsində “İnter”in kapitanı Georgi Lomaya hakimlərə yaxınlaşaraq deyib ki, “Siz bu oyuna hazır gəlmisiz”. Mən düşünmədən bəyan edirəm ki, orda hər iki penalti düzgün verilmişdi. Lomaya topa qalxarkən ayağı ilə rəqib futbolçunun sinəsinə zərbə endirib. Hakim də ədalətli şəkildə penalti təyin edib. Amma klubun prezidenti Georgi Nikolov dərhal meydana daxil olub komandanı meydandan çıxardı və matçın başa çatmasına imkan vermədi. Mən onun sizin sayta verdiyi müsahibədəki tərbiyəsiz sözləri oxumuşam. Mən də demək istəyirəm ki, qoy o da öz sözlərinə fikir versin. Və yaxşı olardı ki, gedib matçın videoyazısını qarşısına qoyub baxsın. Xalqın gözü qarşısında belə biabırçılığa gərək yox idi”.