23 avqust 2011 01:54
İngiltərə çempionatı: MY-dən möhtəşəm qələbə (YENİLƏNİB)
İngiltərə Premyer Liqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun əksər qarşılaşmaları ilk oyun günündə keçirilib.
Turun ən maraqlı görüşlərindən biri Londonda “Arsenal”la “Liverpool” arasında keçirilib. Görüş qonaq komandanın qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu, “Liverpool”un 11 illik fasilədən sonra “Arsenal” üzərindəki ilk səfər qələbəsi idi.
“Everton” isə evdə debutant “Queens Park”a uduzub. “Chelsea” isə “West Bromwich”lə oyunda erkən qol buraxsa da, ikinci hissədə vurulan qollarla əzmkar qələbə qazana bilib.
İkinci oyun günündə “Norwich”lə “Stoke City” xalları yarı bölüblər. “Wolverhampton” “Fulham”i məğlub yola salmağı bacarıb. “Bolton” isə doğma meydanda “Manchester City”yə uduzub. Bu qələbə mançesterliləri ilk pilləyə çıxarıb.
Nəhayət, turun qapanış matçında "Manchester United" doğma meydanda "Tottenham"lə görüşüb. Qarşılaşma son çempionun möhtəşəm qələbəsi ilə - 3:0 başa çatıb.
İngiltərə Premyer Liqası
2-ci tur
20 avqust
Sunderland – Newcastle – 0:1
Qol: Teylor, 62.
Arsenal – Liverpool – 0:2
Qollar: Remsi, 78-pen, Suares, 90.
Aston Villa – Blackburn – 3:1
Qollar: Aqbonlahor, 12, Heski, 25, Bent, 68 – Pedersen, 52.
Everton - Queens Park – 0:1
Qol: Smit, 31.
Swansea – Wigan – 0:0
Matçın 73-cü dəqiqəsində qonaqların oyunçusu Vatson penaltidən yararlana bilməyib
Chelsea - West Bromwich – 2:1
Qollar: Anelka, 53, Maluda, 83 – Lonq, 4.
21 avqust
Norwich - Stoke City - 1:1
Qollar: Laet, 37 - Cons, 90.
Matçın 65-ci dəqiqəsində qonaqların oyunçusu Uolters penaltidən yararlana bilməyib.
Wolverhampton - Fulham - 2:0
Qolar: Doyl, 43, Yarvis, 45.
Bolton - Manchester City - 2:3
Qollar: Klasniç, 39, Deyvis, 63 - Silva, 26, Berri, 38, Dzeko, 47.
22 avqust
Manchester United – Tottenham - 3:0
Qollar: Uelbek, 61, Anderson, 76, Runi, 87.
| 1 | Manchester City | 2 | 2 | 0 | 0 | 7 | - | 2 | 6 |
| 2 | Manchester United | 2 | 2 | 0 | 0 | 5 | - | 1 | 6 |
| 3 | Wolverhampton | 2 | 2 | 0 | 0 | 4 | - | 1 | 6 |
| 4 | Liverpool | 2 | 1 | 1 | 0 | 3 | - | 1 | 4 |
| 4 | Aston Villa | 2 | 1 | 1 | 0 | 3 | - | 1 | 4 |
| 6 | Chelsea | 2 | 1 | 1 | 0 | 2 | - | 1 | 4 |
| 7 | Newcastle | 2 | 1 | 1 | 0 | 1 | - | 0 | 4 |
| 8 | Bolton | 2 | 1 | 0 | 1 | 6 | - | 3 | 3 |
| 9 | Queens Park | 2 | 1 | 0 | 1 | 1 | - | 4 | 3 |
| 10 | Norwich | 2 | 0 | 2 | 0 | 2 | - | 2 | 2 |
| 11 | Stoke | 2 | 0 | 2 | 0 | 1 | - | 1 | 2 |
| 11 | Wigan | 2 | 0 | 2 | 0 | 1 | - | 1 | 2 |
| 13 | Sunderland | 2 | 0 | 1 | 1 | 1 | - | 2 | 1 |
| 14 | Fulham | 2 | 0 | 1 | 1 | 0 | - | 2 | 1 |
| 14 | Arsenal | 2 | 0 | 1 | 1 | 0 | - | 2 | 1 |
| 16 | Swansea | 2 | 0 | 1 | 1 | 0 | - | 4 | 1 |
| 17 | Everton | 1 | 0 | 0 | 1 | 0 | - | 1 | 0 |
| 18 | West Bromwich | 2 | 0 | 0 | 2 | 2 | - | 4 | 0 |
| 19 | Blackburn | 2 | 0 | 0 | 2 | 2 | - | 5 | 0 |
| 20 | Tottenham | 1 | 0 | 0 | 1 | 0 | - | 3 | 0 |
