21 avqust 2011 13:42
Slavço Georgiyevski: Bizə hər görüşdə qələbə qazanmaq lazımdı
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski azerisport.az saytına müsahibəsində “Sumqayıt Şəhər”lə oyun ərəfəsində komandadakı durumdan danışıb.
- 3-cü turun oyununa hazırlıqlarınız necə gedir?
- Adi qaydada hazırlaşırıq. Bütün futbolçular məşqlərdə iştirak edirlər. Nəzərə alsaq ki, yeni mövsümdə əsas məqsədimiz çempionluq titulunu qorumaqdı, bizə hər görüşdə qələbə qazanmaq lazımdı.
- Adi qaydada hazırlaşırıq. Bütün futbolçular məşqlərdə iştirak edirlər. Nəzərə alsaq ki, yeni mövsümdə əsas məqsədimiz çempionluq titulunu qorumaqdı, bizə hər görüşdə qələbə qazanmaq lazımdı.
- Deməli, qarşıdakı “Sumqayıt Şəhər”lə oyun da istisna deyil?
- Bizim bu oyun üçün də əsas məqsədimiz qələbə qazanmaqdı. Rəqibə hörmətlə yanaşırıq. Amma bizə mütləq qələbə qazanmaq lazımdı. Başqa yolumuz yoxdu.
- Bizim bu oyun üçün də əsas məqsədimiz qələbə qazanmaqdı. Rəqibə hörmətlə yanaşırıq. Amma bizə mütləq qələbə qazanmaq lazımdı. Başqa yolumuz yoxdu.
- Sumqayıt klubunun heyətinin əksəri 15-20 yaşlı futbolçulardan ibarətdi...
- Bunun özü də az təhlükə yaratmır. O mənada ki, həmin uşaqlar gəncdilər, ambisiyalıdılar. Özlərini göstərmək istəyirlər. Özü də hazırkı çempiona qarşı daha istəkli oynamağa çalışacaqlar. Bildiyim qədərilə rəqib komanda kifayət qədər yaxşı futbolçulardan qurulub. Buna görə də ehtiyatlı, diqqətli oynamalıyıq.
- Yəni, “Neftçi”nin rəqibi lazımınca qiymətləndirməməsindən söhbət gedə bilməz?
- Əlbəttə. Belə bir şey olmayacaq. Biz hamımız qarşımızda necə çətin vəzifə durduğunu yaxşı bilirik. İstənilən halda bizə qələbə lazımdı. Bu məqsədə çatmaq üçün bütün uşaqlar əllərindən gələn hər şeyi etməyə çalışacaqlar.

- Yeni mövsümdə əsas rəqibiniz kimi hansı komandanı görürsüz?
- Fikrimcə, indidən hansısa komandanın adını çəkmək hələ çox tezdi. Daha doğrusu ad çəkə bilərəm, amma bir qədər sonra tam fərqli vəziyyət yarana bilər. Digər tərəfdən Azərbaycan çempionatında güclü klubların sayı çoxdu. Bu mövsüm ümumiyyətlə çətin olacaq.

- “Rəvan”la mövsümün ilk oyununuz o qədər də inamlı alınmadı...
- Xeyr, niyə ki? Normal oynadıq. Düzdü, bəzi çatışmazlıqlar var idi. Amma nəzərə almaq lazımdı ki, bu, hələ başlanğıcdı. Startda da həmişə belə həyəcan olur. Lakin bütövlükdə mövsümə yaxşı başladıq. Ən əsası isə odu ki, 3 xala sahib çıxa bildik.