21 avqust 2011 14:00

AZAL Qəbələyə texniki məğlubiyyət tələb edir

Premyer Liqanın 3-cü turunun “Qəbələ” – AZAL matçının təşkili və keçirlməsi ilə bağlı nöqsanlar, oyunun gedişində və oyundan sonra baş verən hadisələr AZAL PFK-nı narazı salıb. Azerisport.az xəbər verir ki, bu səbəbdən klub rəhbərliyi AFFA-nın Nizam-İntizam Komitəsinə şikayət məktubu göndərərək öz xahiş və tələblərini adı çəkilən qurumun üzvlərinə çatdırıb. AZAL PFK-nın prezidenti Vaqif Qasımovun imzaladığı şikayət məktubda əvvəlcə tikintisi hələ də davam edən stadionda çatışmazlıqlara toxunulub:
 
“Hələ matdan öncə PFL-in Texniki-İdman şöbəsinin direktoru Məlik Həsənovla əlaqə saxlayaraq stadionda təhlükəsizlik tədbirlərinin çox aşağı olmasını, azarkeşlərlə meydança arasında arakəsmənin yoxluğunu, üstəlik azarkeşlərin əyləşdiyi yerin çınqıl daşları ilə əhatələnməsini onun nəzərinə çatdırdıq. Heç matçın videoçəkilişini aparmaq üçün kamerlalarımız üçün yer də yox idi. Bundan başqa, paltardəyişmə otağından meydançaya getmək üçün təxminən 5 dəqiqə yol qət etmək lazımdır. Özü də futbolçular azarkeşlərin və rəqib komandanın nümayəndələrinin arasında keçməli olur ki, bu zaman onlar təhqirə məruz qalırlar. “Qəbələ”nin oyunçusu Mahir Şükürovun fasilə zamanı təhqiredici sözlərlə Zohair Benouahiyə hücum çəkərək onu vurmağa cəhd göstərməsi də buna əyani nümunədir. Oyunun gedişi və sonra baş verən hadisələr də iradlarımızın düzgün olduğunu təsdiqlədi. Yeri gəlmişkən, bu meydançanı qəbul edən PFL-in komissiyasının üzvləri müsbət rəy verdiklərinə görə cəzalandırılmalıdı”.
 
AZAL rəhbərliyi daha sonra “Qəbələ” azarkeşlərinin davranışlarından da narazılıq bildirib: “83-cü dəqiqədə AZAL-ın vurduğu qolu hakim qeydə almadı. Biz bu epizodda hakimin çıxardığı qərarla tam razıyıq və heç bir etirazımız yoxdur. Ancaq bundan sonra azarkeşlərin futbolçularımızı daşa basması və birdən-birə 5 oyunçunu zədələməsi bizdə ciddi narazılıq yaratdı. Hətta atılan daşlardan biri yan xətt hakimi Azər Əsgərovun başına dəydi. Özü də bütün hadisələr AFFA Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarovla Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun gözləri qarşısında baş verdi. Fikrimizcə, oyunun baş hakimi həmin anda oyunu saxlamalı və futbolçuları meydançadan çıxarmalı idi. Çünki AZAL-ın futbolçuları 10 dəqiqəyə yaxın vaxt ərzində qorxu və təhqir altında oynamağa məcbur edildi”.
 
Sonda klub rəhbərliyi AFFA NİK-ə öz konkret mövqeyini bildirib: “Sizdən xahiş edirik ki, oyun zamanı baş verən neqativ hadisələri ciddi araşdırıb 19.08.2011-ci il tarixdə keçirilən “Qəbələ”-AZAL matçının nəticəsinin ləğvi və “Qəbələ” komandasına texniki məğlubiyyət verilməsi məsələsinə baxasınız”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.