22 avqust 2011 00:01
Sadıqov - Səmədov - 2:1 (YENİLƏNİB)
Bu gün Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisiVaqif Sadıqovun çalışdığı “Anji” doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşıb.
Qeyd edək ki, həmyerlimizin komandasının işləri bu mövsüm heç də pis getmirdi. Hər halda 33 xala malik Mahaçqala klubu bu oyuna kimi 6-cı pillədə qərarlaşmışdı. Moskva təmsilçisi isə onlardan 5 xal qabaqdaydı və 3-cü yerdə gedirdi.
Lakin bu görüşdə də qələbə qazanan tərəf məhz Sadıqovun komandası oldu. Hər hissədə bir qol vuran Mahaçqala futbolçuları növbəti 3 xala sahib çıxdılar.
Maraq üçün onu da vurğulayaq ki, Sadıqovun komandası əslən azərbaycanlı olan futbolçunun çıxış etdiyi kluba qarşı mübarizə aparırdı. “Dinamo”nun heyətində yarımmüdafiəçi Aleksandr Səmədov çıxış edir. O, Sadıqovun komandasına qarşı ilk dəqiqələrdən mübarizə aparmaq hüququ qazansa da, ciddi heç nə ilə yadda qalmayıb.
Rusiya Premyer Liqası
21-ci tur
21 avqust
Anji - Dinamo (Moskva) - 2:1 (1:1)
Qol: Bussufa, 22, Prudnikov, 71 - Voronin, 44.
