21 avqust 2011 14:58
Sumqayıt Şəhər Neftçi ilə oyuna itkilərlə çıxacaq
Bu gün saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt Şəhər” “Neftçi”nin qonağı olacaq. Azerisport.az xəbər verir ki, qonaq komanda flaqmanla oyuna itkilərlə çıxacaq.
Belə ki, “Sumqayıt Şəhər”in 4 futbolçusu – Orxan Əliyev, Ruslan Nəsirli, David Qarayev və Şamil Camaləddinov 17 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində Litvanın Palanqa şəhərində təşkil olunan beynəlxalq turnirə yollanıb.
Qeyd edək ki, Orxan Əliyev ötən tur Sumqayıtda “Qəbələ” ilə keçirilmiş (1:2) oyunda komandasının yeganə qolun müəllifi olmuşdu. (klubun rəsmi saytı)
