21 avqust 2011 15:22
Mehman Allahverdiyev: Qarabağa qalib gəlmək olar
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 3-cü turunun “Qarabağ”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Qarabağ”la oyuna nə dərəcədə yaxşı hazırlaşa bilmisiz?
- Məşqlərimiz plan üzrə davam edir. Demək olar ki, hazırıq. Amma bəzi itkilərimiz var ki, bu, “Qarabağ”la oyunda sözünü deyə bilər. Azər Məmmədov, Sidney Karqbo və Elşən Poladov bu oyunda bizə kömək edə bilməyəcək.

- Qapıda Poladovu kim əvəzləyəcək?
- Konstantin Kolesnikov. O, Elşəni əvəzləmək üçün çalışır.

- Bu oyunda nəyə ümid edəcəksiz?
- Ancaq qələbə haqda düşünürük. Çünki rəqibin də heyətlə bağlı problemləri var. Mən öz komandama inanıram.

- Rəqib haqda daha nələr deyə bilərsiz?
- “Qarabağ” ölkənin ən güclü klublarından biridi. Qurban Qurbanov artıq 3 ildi bu komandada çalışır. Formalaşmış heyət qura bilib. Onlar yüksək hədəflər üçün mübarizə aparırlar. Amma “Qarabağ”a qalib gəlmək olar.

- Necə?
- Bunu matçda görə bilərsiz. Mən sirrlərimizi burda açmaq istəməzdim. Əgər erkən qol vura bilsək, rəqibin oyun üslubu dəqiq dəyişəcək.
- Razısız ki, komandaların hədəfləri çox fərqlənir?
- “Kəpəz” yeni komandadı. Buna görə də biz ilk altılığa düşmək üçün mübarizə aparırıq. “Qarabağ” isə çempionluq uğrunda döyüşür. Amma komandamda elə futbolçular da var ki, özlərini göstərmək istəyirlər. Bu matç onlar üçün böyük şansdı. 9 ildi biz ağdamlılara qalib gələ bilmirik. Bu seriyanı qırmağı çox istərdik.

- Transfer pəncərəsi bağlanana kimi yeni oyunçu almaq fikriniz var?
- Bizə müdafiəçi lazımdı. Bu qədər itkidən sonra komandanı hazırlamaq çox çətindi. Bu günlərdə klub prezidenti Elmir Əliyevlə söhbətimiz olacaq. Ondan daha iki futbolçuyla müqavilə bağlamağı xahiş edəcəm.